“Bayer”in cinah oyunçusu Ceremi Frimponq mövsümün sonunda İspaniya çempionatına keçə bilər.
Apasport.az “Todofichajes” nəşrinə istinadən xəbər verir ki, “Real Madrid” oyunçunu transfer etməkdə maraqlıdır.
Madrid klubu ispaniyalı futbolçu Dani Karvaxalı Frimponqla əvəzləməyi düşünür. Cereminin transferi yayda tamamlana bilər.
23 yaşlı hollandiyalının “Bayer”lə müqaviləsi 2028-ci ilin yayında başa çatacaq. “Transfermarkt” portalı futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.
Qeyd edək ki, Frimponq Bundesliqanın cari mövsümündə 25 oyun keçirib, 8 qol vurub və 7 məhsuldar ötürmə edib.
- Viktor Osimhen: “Qalatasaray”ın Yeni Ulduzu
- Fərid Qayıbov: "Azərbaycanda bunu bacaran digər idmançı tanımıram"
- “Roma” futbolçuları “Latsio” ilə qarşılaşmada xüsusi forma geyinəcəklər
- Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olunub - FOTO
- Qubada region məşqçiləri üçün seminar təşkil olunub