Premyer Liqa təmsilçilərindən "Bornmut"un müdafiəçisi Miloş Kerkez karyerasını La Liqada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, yeni mövsümdə "Real Madrid" müdafiəsini yeni oyunçularla gücləndirmək istəyir.
"Liverpul"dan Trent Aleksandr Arnoldun transferi "Los Blancos" üçün prioritet olsa da, onlar başqa variantları da nəzərdən keçirirlər.
Belə ki, Madrid nəhənginin namizədlərindən biri də Macarıstan millisinin üvü Miloş Kerkezdir.
21 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 37 matçda meydana çıxıb, 2 qol vurub, 6 məhsuldar ötürmə edib.
- "Atletiko" "Barselona"nın futbolçusunu heyətinə qatmaq istəyir
- Alman futbolçu da "Benfika"nı seçdi
- Azərbaycan Prezidenti: “Vətən sevgisi varsa, hətta bəziləri üçün əlçatmaz olan nailiyyətləri əldə etmək olar”
- “Real” hakimlikdən rəsmi narazılıq etdi
- “Qarabağ” “Qalatasaray”la qarşılaşa bilər: Çempionumuz üçün daha 4 potensial rəqib