“Real Madrid” ulduz yarımmüdafiəçini almaqdan imtina edib
19.03.2024 - 15:32
Bundesliqa klubu "Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmix “Real Madrid”ə keçməyəcək.
Apasport.az xəbər verir ki, “kral” klubunun rəhbərliyi alman yarımmüdafiəçinin transferindən imtina etmək qərarına gəlib.
“Real Madrid” digər potensial alıcılarla Kimmix uğrunda mübarizədə iştirak etməyəcək.
Xatırladaq ki, 29 yaşlı futbolçu ilə “Barselona”, “Arsenal”, “Liverpul” və “Mançester Siti” klubları maraqlanır.
Qeyd edək ki, Kimmixin Münhen nəhəngi ilə hazırkı müqaviləsi 2025-ci ilin iyununun sonunda başa çatır. Onun transfer dəyəri 75 milyon avro olaraq qiymətləndirilir.
- Millimizin AVRO-2025-dəki rəqibləri bəlli oldu - YENİLƏNİB
- Lionel Messinin “Barselona”dakı Mirası: Katalan Əfsanəsi
- Rauf Hüseynli: "VAR-a baxmaq üçün hakimə müraciət etdik, vecinə almadı"
- "Fənərbaxça"nın 11 yaşlı üzgüçüsü faciəvi şəkildə həlak olub
- Azərbaycan Premyer Liqasında mövsümün start vaxtı dəqiqləşdi
0
0