“Real” Dortmund “Borussiya”sının gənc ulduzu Cud Bellinqemi ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi 19 yaşlı ingiltərəlini almaq fikrindən daşınıb.
Bu, iki məqamla bağlıdır. Klub rəhbərliyi gənc oyunçunun ulduzlardan ibarət heyətdə adaptasiya olacağına əmin deyil. Həm də “Borussiya”nın tələb etdiyi 100 milyon avrodan artıq vəsaitin ödənilməsi madridlilərin planlarına ziddir.
Lakin Cudun yayda “Real”a keçməsi də mümkündür. Bu, yalnız o halda gerçəkləşəcək ki, yarımmüdafiəçinin özü digər komanda deyil, məhz “Kral klubu”na keçmək istədiyini açıqlasın.
Qeyd edək ki, Cudun xidmətində “Mançester Siti” və “Liverpul” da maraqlıdır.
- "Barselona" Levandovskini Ukrayna millisinin futbolçusu ilə əvəz edə bilər
- "Araz-Naxçıvan" və "Omoniya"nın baş məşqçiləri jurnalistlər qarşısına çıxacaq
- Azərbaycan Kubokunun yarımfinalında rekord
- "Arsenal" ardıcıl 2-ci oyunda xal itkisi ilə üzləşdi
- Xisko Munyoz: "Komanda avrokuboklara çıxıbsa, demək ki, yaxşı səviyyədədir"