"Real Sosyedad" "Arsenal"ın təklifini rədd edib
                    
                    21.08.2024 - 19:54
                        
                    
                    İspaniyanın "Real Sosyedad" klubu "Arsenal"ın Mikel Merino üçün göndərdiyi transfer təklifini rədd edib.
Apasport.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
"Topçular" Merino üçün 35+5 milyon avroluq paket təklif etsələr də, İspaniya tərəfi birbaşa 40 milyon avro tələb edir.
Qeyd edək ki, Merinonun klubu ilə müqaviləsi 1 il sonra başa çatacaq.
                                
                                0
                                
                                0