“Real”a lazım olmayana İtaliyadan təklif
31.10.2022 - 22:33
“Real”ın futbolçusu Alvaro Odriosola karyerasını yenidən İtaliyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, ispaniyalı müdafiəçi “Milan”la “Yuventus”dan ilkin təklif alıb.
Vaxtilə “Fiorentina”nın şərəfini qoruyan Alvaro da Apenninə qayıtmağın əleyhinə deyil. Karlo Ançelottinin planlarına daxil olmayan 26 yaşlı futbolçu Madrid təmsilçisinin satmaq istədiyi oyunçulardandır.
Qeyd edək ki, 2018-ci ildə “Real”a keçən müdafiəçi 43 oyunda 3 qol və 10 assistə imza atıb. O, cari mövsümdə hələ meydana çıxmayıb.
- İran millisi DÇ üçün ABŞ vizasına müraciət etdi
- "Arsenal" "İnter"in hücumçusu ilə maraqlanır
- Millimizin baş məşqçisi: "Hədəfimiz qrupda ilk iki yerdən birini tutmaqdır"
- Renatın komanda yoldaşının "yoxa çıxma" səbəbi bəlli olub
- “Prezident Kuboku-2025” beynəlxalq reqatasına Suqovuşanda start veriləcək
0
0