"Real" 2 futbolçusu ilə qəribə müqavilə imzalamaq niyyətindədir.
Apasport.az xəbər verir ki, klub Luka Modriç və Lukas Vaskeslə sözləşmənin müddətini uzatmaq niyyətindədir.
Lakin müqavilə müddəti cəmi 2 həftəlik nəzərdə tutulub.
İyun ayının 30-da sözləşməsi bitəcək olan futbolçularla əməkdaşlıq iyulun 13-nə qədər davam edə bilər.
Buna səbəb Klublararası Dünya Çempionatının yayda keçirilməsidir. Turnirin təşkilatçısı olan FIFA klublardan futbolçularla müqavilələri qısamüddətli də olsa, uzatmağı xahiş edib.
Vaskes komandanı tərk etmək niyyətindədir. Modriç isə hələ ki, danışıqlar prosesini davam etdirir.
- Şeydayev Çempionlar Liqasında oynadı, komandası uduzdu
- Türkiyə kubokunun yarımfinal matçlarını idarə edəcək hakimlər bəlli oldu
- "İmişli" FK - Məqsədi, məramı, mənası olmayan klub, işbilməzlər
- “Qalatasaray” - “Liverpul” matçı bu kanalda
- "Mançester Siti" "Vulverhempton"un ulduzu üçün "Liverpul"la yarışacaq