“Real”da yeni müqavilə təklifi
25.10.2022 - 23:42
Marko Asensionun gələcək taleyi müəmmalı olaraq qalır.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçunun “kral klubu”nda qalmaq variantı yaranıb.
Bir müddət əvvəl 26 yaşlı oyunçunu mövsümün sonunda azad agent kimi yola salmağı düşünən Madrid təmsilçisi indi yeni müqaviləni nəzərdən keçirir. Hətta İspaniya millisinin üzvünün meneceri ilə ilkin danışıq da aparılıb. Baş məşqçi Karlo Ançelotti Asensioya özünü göstərmək üçün fürsət vermək fikrindədir.
Qeyd edək ki, Marko Asensio bu mövsüm bütün turnirlərdə cəmi 127 dəqiqə meydanda olub.
- ATF nümayəndəsi beynəlxalq turnirdə Təşkilat Komitəsinin rəhbəri olacaq
- Vasili Berezutski: “Nəticədən razı deyiləm"
- Millimiz AÇ-yə dəniz səviyyəsindən 1700 metr yüksəlikdə hazırlaşır
- Yeqor Xvalko: "Oyunçularımız yaxşı təkliflərə getdilər, bizim buna gücümüz çatmır" - Müsahibə
- Yüksək Liqa: “Sabah”dan inamlı qələbə
0
0