“Real”dan maksimal qazanc: 42 milyon
13.12.2023 - 16:12
“Real” Çempionlar Liqasının qrup mərhələsini 6 qələbə ilə başa vurub.
Apasport.az xəbər verir ki, belə uğurlu çıxış İspaniya klubuna maksimal qazanc bəxş edib.
Madridlilər cari mövsümdə Çempionlar Liqasında 42 milyon avro əldə edib. Bunun 16,8 milyonu altı qələbə üçün verilən mükafatdır. 1/8 finala vəsiqə 9,6, turnirdə iştirak isə 15,6 milyon gətirib.
“Real” hələlik maksimal qazanc əldə edən yeganə klubdur. Bu göstəricini yalnız “Mançester Siti” təkrarlaya bilər. İngiltərə təmsilçisinin hesabında 5 qələbə var.
- Misli Premyer Liqası: I turun təqvimi açıqlandı
- Cavid Tağıyev Birinci Liqa klubu ilə razılaşıb
- Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını ləğv edib
- Kikboksinq millilərimizin bu il iştirak edəcəyi yarışlar bilindi
- Ayxan Abbasov: "Əsas məqsədimiz Premyer Liqada qalmaq olacaq" - Müsahibə
0
0