
"Real Madrid" Arda Güleri icarəyə göndərə bilər.
Apasport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "Real"ın "Almeriya" ilə liqa oyununda (3:2) meydana çıxmadığı üçün əsəbiləşib məşq jiletini yerə atan Arda Gülerin bu hərəkəti klub tərəfindən birmənalı qarşılanmayıb.
Məlumata görə, səbirsiz davranan və "Real" kimi komandada stabil oynamağın çətin olduğunu anlamayan Arda Gülerin bu davranışı "Papa Karlo"nun xoşuna gəlməyib.
Nəticədə təcrübəli mütəxəssis gənc ulduz namizədini yaya qədər icarəyə göndərmək qərarına gəlib.
İcarəyə göndəriləcəyi klubun böyük ehtimalla La Liqanın digər təmsilçisi "Real Sosyedad" olacağı gözlənilir.
Qeyd edək ki, Arda son matçda oyuna buraxılmayacağını başa düşəndən sonra baş məşqçi Karlo Ancelottiyə etiraz olaraq əynində olan məşq jiletini çıxararaq yerə atıb.
- Vasili Berezutski: “Kəmiyyət mütləq keyfiyyətə çevriləcək”
- “Neftçi” Yusuf Lavalı Portuqaliya klubuna satır
- “Bavariya” fransalı müdafiəçi ilə yollarını ayıra bilər
- “Fənərbaxça” “Barselona”dan aldığı futbolçunu icarəyə göndərdi
- Sərxan Hacıyev: “Qarabağ”ın ilkə imza atması üçün idman xoşbəxtliyi çatmadı”