“Real”ın arzusu baş tutmadı
19.08.2022 - 13:44
“Real” bu yay Bruno Gimaraeşi transfer edə bilməyəcək.
Apasport.az saytının məlumatına görə, buna səbəb klubu “Nyukasl”ın 24 yaşlı yarımmüdafiəçini buraxmaq istəməməsidir.
“Kral klubu” “Mançester Yunayted”ə keçməyə yaxın olan Kasemironu əvəzləmək üçün məhz Braziliya millisinin digər üzvünü nəzərdən keçirir. Ancaq “sağsağanlar” onu heç bir məbləğə satmaq fikrində deyil. Həmçinin yarımmüdafiəçi özü də komandada qalmağı düşünür.
Qeyd edək ki, “Nyukasl” Bruno Gimaraeşin transferi üçün bu ilin yanvarında “Lion”a 42+8 milyon avro ödəyib.
- Niderlanddan qələbə, İngiltərə Uruqvayla bacarmadı
- "Fənərbaxça" Türkiyə millisinin üzvünü transfer etdi - Rəsmi
- "Lənkəran" heyətini amerikalı basketbolçu ilə gücləndirib
- İdman gimnastikası üzrə Dünya kubokunun ikinci günü başa çatıb
- Erik Ten Haqın növbəti "qurbanı" - Bundesliqa klubunu çalışdıra bilər
0
0