“Real”ın futbolçusu La Liqada klubunu dəyişdi - RƏSMİ
28.05.2026 - 19:42
"Xetafe" "Real"dan icarəyə götürdüyü Mario Martinin transfer hüquqlarına yiyələnib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Mavilər" ispaniyalı futbolçu üçün "kral klubu"na 3,5 milyon avro təzminat ödəyib. "Real" İspaniya U-21 millisinin sabiq üzvünün növbəti satışından 50 faiz gəlir əldə edəcək.
Qeyd edək ki, "Xetafe" Mario Martini 2025-ci ilin yayında icarəyə götürüb. 22 yaşlı dayaq yarımmüdafiəçisi La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- Ayxan Abbasov: “Komandamızın Moldova önündə sona kimi vuruşması bizi sevindirdi”
- “Mançester Yunayted” azarkeşi “Qarabağ”a İNANIR
- Premyer Liqaya dəyən ziyan
- 35 il əvvəl Xankəndidə futbol oynamış jurnalist: "Ermənilərlə möhkəm dava düşmüşdü" - VİDEO
- Niderlandın penalti kabusu davam etdi - 3 mundialdır eyni aqibət
0
0