"Real"ın futbolçusu "Napoli"yə keçdi
04.07.2024 - 19:02

“Real”ın müdafiəçisi Rafa Marin “Napoli”yə keçib.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Klublar arasında transferlə bağlı razılıq əldə olunub. Müqaviləyə Marinin geri alınması variantı da salınacaq.
Qeyd edək ki, ispaniyalı mərkəz müdafiəçisi ötən mövsümü icarə əsasında “Alaves”də keçirib. O, bu komandanın heyətində 35 oyunda iştirak edib.
- "Şamaxı"nın legioneri: "Hakim VAR-a baxmağa getsəydi..." - Müsahibə
- “Araz-Naxçıvan” müdafiə xəttini gücləndirir
- Azərbaycan millisinin üzvü komandasını tərk etməyə hazırlaşır
- Federasiya prezidenti: “Avropa Oyunlarından ən azı 3-4 medal götürməyə çalışacağıq”
- “Fənərbaxça” – “Qalatasaray” derbisinin tarixi bəlli olub
0
0