“Real”ın sabiq üzvü MLS klubunda - RƏSMİ
06.02.2026 - 23:53
“Real Madrid” və “Bavariya”nın sabiq yarımmüdafiəçisi Xames Rodrigesin yeni klubu bəlli olub.
Apasport.az xəbər verir ki, 34 yaşlı kolumbiyalı futbolçu karyerasını ABŞ-da davam etdirəcək.
O, MLS təmsilçisi “Minnesota Yunayted”ə transfer olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, Kolumbiya millisinin üzvü cari ilin sonuna qədər “Minnesota Yunayted”in şərəfini qoruyacaq.
Qeyd edək ki, Xames Rodrigesin son klubu Meksikanın “Leon” komandası olub. O, karyerası ərzində “Portu”, “Monako”, “Everton” və digər klubların da formasını geyinib.
- Silahlı hücumdan sonra Serhat Akından radikal qərar
- Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimi keçirilib
- İngiltərə - Slovakiya matçını türkiyəli hakim idarə edəcək
- "Araz-Naxçıvan" və "Omoniya"nın baş məşqçiləri jurnalistlər qarşısına çıxacaq
- Millimiz İngiltərədə darmadağın oldu
0
0