"Real"ın zədəliləri komandaya qayıdıb
01.03.2024 - 15:53
İspaniya çempionatında "Valensiya" ilə oyun öncəsi "Real Madrid"in 2 zədəlisi komandaya qayıdıb.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi Cud Bellinqem və mərkəz hücumçusu Joselu komanda yoldaşları ilə məşqə başlayıb.
Xatırladaq ki, hər iki futbolçu zədə səbəbindən “kral” klubunun xəstəxanasında idi.
Qeyd edək ki, "Valensiya" - "Real" matçı martın 2-də "Mestalla" stadionunda keçiriləcək.
- “Turan Tovuz” Panama millisinin üzvü ilə müqavilə yeniləyəcək
- Azərbaycan millisi AVRO-2023-ə qələbə ilə start götürdü - YENİLƏNİB
- Qriqorçuk: "Qara Qarayevi əsas heyət oyunçusu kimi görmürəm"
- DÇ-2026: Avstriya millisinin heyəti bəlli oldu
- Azərbaycan taekvondoçularının 2024-cü ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb
0
0