Renatın komandası son dəqiqədə xal itirdi
13.01.2024 - 17:24
Türkiyə Super Liqasının 20-ci həftəsində " Hatayspor" öz meydanında "Pendikspor"u qəbul edib .
Apasport.az xəbər verir ki, matçın ilk hissəsində qol olmasa da, 47-ci dəqiqədə səhnəyə çıxan Riqoberto Rivas vurduğu qolla "Hatayspor"u 1:0 önə keçirib.
90+4-cü dəqiqədə bu qola Leandro Kappel cavab verib və görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Meydan sahibləri xallarını 21-ə, qonaq komanda “Pendikspor” isə xallarını 16-ya yüksəldib.
Qeyd edək ki, millimizin üzvü Renat Dadaşov matça start heyətlə başlasa da, sonradan meydanı tərk edib.
- "Real Madrid"in bu il məğlub edə bilmədiyi yeganə komanda "Fənərbaxça" olub
- "Real" ukraynalı futbolçunu 60 milyon avroya ala bilər
- Atletimiz Almaniyada beynəlxalq yarışda iştirak edəcək
- "İrəvan"ı II Liqada bu klub əvəzləyəcək
- Elhad Nəziri cəbrayıllı iş adamlarına səsləndi: “Bizə belə soyuq yanaşmasınlar”
0
0