Reqilon “Tottenhem”ə QAYITDI
04.01.2024 - 17:29
Cinah müdafiəçisi Serxio Reqilon "Mançester Yunayted"dəki icarə müddətini erkən bitirib.
Apasport.az xəbər verir ki, “Tottenhem”in rəsmi saytında futbolçunun komandaya qayıtdığı açıqlanıb.
Qeyd edək ki, Reqilon mövsümün sonuna kimi “Mançester Yunayted”ə icarəyə verilib, lakin klub müqaviləyə yanvarda icarəyə xitam vermək variantını daxil edib. Mankunianlar bu fürsətdən yararlanaraq Reqilonu vaxtından əvvəl "Tottenhem"ə qaytarıb.
Serxio bu mövsüm İngiltərə Premyer Liqasında 9 oyun keçirib, fərqlənə bilməyib.
- “Misli” “GoalPlus SummerFest 2024” yarışlarının sponsorudur
- Millimiz Avropa çempionatının seçmə mərhələsindəki sonuncu matçında da uduzub
- Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də 3 medal qazanıb
- George Anton: "Zirə" ilə müqayisədə “Şerif”in avrokuboklarda böyük təcrübəsi var" - Müsahibə
- UEFA-dan AVRO-2024 öncəsi yeni qərar
0
0