Rieranın yeni komandası bəlli oldu
09.10.2023 - 17:29
“Qalatasaray”ın keçmiş futbolçusu və məşqçisi Fransada işləyəcək.
Apasport.az xəbər verir ki, “Bordo” baş məşqçi postunu Albert Rieraya həvalə edir.
Fransa 2-ci liqasında yer alan komanda 41 yaşlı mütəxəssislə razılığa gələ bilib. 2003-2005-ci illərdə “jirondistlər”in şərəfini qorumuş ispaniyalı veteran futbolçu 3 il (2011/14) “Qalatrasaray”da oynayıb.
Qeyd edək ki, yeni mövsümə uğursuz start verən “Bordo” 10 matçdan topladığı 11 xalla turnir cədvəlinin 13-cü pilləsində yer alır.
- İsmayıl Zülfüqarlı: “Adrian Mutu mənə inanır və güvənir, bunu dəyərləndirəcəm” - MÜSAHİBƏ
- Adil Şükürovun planları arasında o yoxdur - "Kəpəz"də ayrılıq
- Olimpiya çempionları vətənə geri dönüb
- “Araz-Naxçıvan” “Yuventus”un sabiq qapıçısı ilə danışıqlara başladı
- Pepe Avropa çempionatlarının tarixinə düşdü
0
0