Robbi Uilyams ölkəsində klub prezidenti oldu
28.01.2024 - 11:41
Britaniyalı müğənni, bəstəkar və aktyor Robbi Uilyams ölkəsində futbol klubuna rəhbərlik edəcək.
Apasport.az xəbər verir ki, 49 yaşlı Uilyams “Port Vale”nin prezidenti olub.
Uzun illərdir bu komandanın azarkeşi olduğunu deyən Robbi Uilyams uşaqlıq arzusunun həyata keçdiyini açıqlayıb: “Özümüm çox xoşbəxt hiss edirəm. Azarkeşi olduğun bir kluba rəhbərlik etmək çox gözəl bir duyğudur. İnanıram ki, “Port Vale”nin Premyer Liqaya vəsiqə qazanmasına yardımcı ola biləcəm”.
Qeyd edək ki, sözügedən komanda hazırda Birinci Liqada (İngiltərənin üçüncü ən yüksək divizionu) mübarizə aparır.
- Messi 18 il sonra ilk dəfə ilin rəmzi komandasında yer almayıb
- “Araz-Naxçıvan” Premyer Liqada 25-ci qələbəsini qazanıb
- “Beşiktaş”ın prezidenti: 15 milyon avro verən Rafa Silvanı ala bilər
- Yüksək Liqa: "Neftçi" "Azərreyl"lə qarşılaşacaq
- AMADA “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş beynəlxalq konfrans keçirəcək
0
0