İtaliya A Seriyası təmsilçilərindən “Roma” Paulo Dibalanı əvəz edəcək oyunçu axtarışına başlayıb.
Apasport.az xəbər verir ki, “canavarlar” “Napoli”də çıxış edən Ciakomo Raspadorini qışda transfer etməyi planlaşdırır.
Adı bir müddətdir “Qalatasaray”la anılan Dibalanın İtaliya klubundan ayrılacağı halda bu transferin qışda baş tutması nəzərdə tutulur.
24 yaşlı futbolçunun özü də hazırkı komandasında istədiyi qədər oynaya bilmədiyinə görə bu keçidə müsbət yanaşır. “Yuventus” da italiyalı oyunçu ilə yaxından maraqlanır.
Qeyd edək ki, Raspadori bu mövsüm “Napoli”nin heyətində çıxdığı 11 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Rüfət Abdullazadə debüt etdi
- Şamaxıda keçiriləcək "Milli Mətbuat – 150" minifutbol turnirinin təqdimatı baş tutub - FOTO
- “Qalatasaray”dan növbəti qələbə - FƏRQ YENİDƏN 6 XALA YÜKSƏLDİ
- AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar təşkil edib
- “Qarabağ”ın Çempionlar Liqasında potensial rəqibi dəqiqləşdi