“Roma”da ciddi itki – 15 günlük sıradan çıxdı
07.11.2022 - 15:36
“Roma” ciddi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu yarımmüdafiəçisi Lorenso Pelleqrininin xidmətindən məhrum olub.
O, “Latsio” ilə dünənki qarşılaşmanın 53-cü dəqiqəsində zədə üzündən əvəzlənib. Lorenso 15 günlük sıradan çıxıb.
26 yaşlı futbolçu “Sassuolo” və “Torino” ilə görüşləri buraxacaq. Onun qayıdışı DÇ-2022 ilə bağlı fasilədən sonra reallaşacaq.
Qeyd edək ki, Pelleqrini mövsümün 18 oyununda 4 qol və 7 assistə imza atıb.
- Rəşad Sadıqov: "Hansı klubumuz uğur qazansa dərhal deyirlər ki..."
- Region Liqasında pley-offa vəsiqə qazananlar bəlli oldu
- Nemanya Ancelkoviç: "Onunla Azərbaycandakı vaxtları tez-tez xatırlayırıq" - MÜSAHİBƏ
- “Borussiya”dan Mukoko ilə bağlı QƏRAR
- Rüstəm Əliyev: "Hər iki qarşılaşmada istədiyimizə nail ola biləcəyik”
0
0