"Roma"da ciddi itki
21.02.2025 - 23:58

"Roma"da ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, komandanın futbolçusu Artyom Dovbik zədələnib.
O, bud əzələsindən xəsarət alıb.
Ukraynalı hücumçu A Seriyasının XXVI turunun "Montsa" ilə oyununu buraxacaq.
Qeyd edək ki, Dobvik cari mövsüm "Roma"nın heyətində 33 oyun keçirib və 13 qol vurub.
0
0