Ronaldo 1 milyon avroya saat aldı
18.05.2022 - 22:21
“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo şəxsi həyatı ilə növbəti dəfə gündəmə gəlib.
Apasport.az saytının məlumatına görə, portuqaliyalı superulduzun yeni qol saatı Avropa mətbuatının diqqətini cəlb edib.
Dəbdəbəli həyat sevən və bahalı əşyalara meylli olan 37 yaşlı forvard 1 milyon avroya saat alıb. Üzəri 232 almaz və 109 qara sapfirlə bəzədilən saat dünyada yalnız 126 ədəddir.
Özünəməxsus təsvirə malik olan saatda Ronaldonun “Bugatti Chiron” avtomobilinin markası ilə yanaşı, “CR7” loqotipi də yerləşdirilib.
- Mövsümün ilk yarısının ən yaxşı məşqçisi açıqlandı
- "Bayer"in Bakıda açıq məşqi və mətbuat konfransı keçirilməyəcək
- Sosa: "Argentinanı layiq olmayan qələbə münasibətilə təbrik edirəm"
- Qurban Qurbanov: "Təəssüf ki, oyuna hazırlaşmağa vaxtımız az oldu"
- “Qəbələ”nin kapitanı: “Gözümü açandan onlara azarkeşlik eləmişəm”
0
0