Ronaldo CBF prezidentliyinə namizəd olmaqdan imtina edib
13.03.2025 - 14:48

İkiqat dünya çempionu Ronaldo növbəti seçkidə Braziliya Futbol Konfederasiyasının (CBF) prezidentliyinə namizəd olmaqdan imtina edib.
Apasport.az xəbər verir ki, Ronaldo qərarının səbəbini belə izah edib:
"Federasiyalar hazırkı administrasiyadan razı qaldıqlarını bildirərək məni qəbul etməkdən imtina etdilər. Layihəmi təqdim edə, fikirlərimi bölüşə bilmədim. Liderlərin əksəriyyəti hazırkı prezidenti dəstəkləyir, bu onların hüququdur, mən buna hörmət edirəm".
Qeyd edək ki, seçki 2026-cı ilin martından gec olmayaraq keçirilməlidir.
- "Neftçi" "Ərzurumspor"la bərabərə qaldı
- Qurban Qurbanov: “Ramil Şeydayev məni aldatdı və dedi ki, Musa vursun” - MÜSAHİBƏ
- "Naxçıvan" və "Ordu" yoxlama görüşündə qarşılaşıblar
- UEFA Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb
- "Mançester Yunayted" "Barselona"nın ulduz hücumçusunu hədəfləyib
0
0