Kriştiano Ronaldo David De Xeanı Səudiyyə Ərəbistanına çağırır.
Apasport.az saytı xəbər verir ki, “Əl-Nəsr”in hücumçusu ispaniyalı qapıçı ilə yenidən bir komandada oynamaq istəyir.
38 yaşlı ulduz qolkiperlə aparılan danışıqlarda aktiv iştirak edir. O, De Xeanı ərəb klubundakı şəraitlə yaxından tanış olmaq üçün Ərəbistan yarımadasına dəvət edir. İspaniya millisinin keçmiş qapıçısı isə Avropada qalmaq istəyir. Çərçivə qoruyucusunun karyerasını vətənində davam etdirmək şansı da var.
Qeyd edək ki, Ronaldo və De Xea 2021/22-ci illərdə birlikdə “Mançester Yunayted”in uğurları üçün oynayıblar.
- Tahir Baxşıyev: “Əgər ilk üçlükdə olmaq istəyirsənsə…”
- AMADA rəsmisi Avropa Şurasının Antidopinq Konvensiyasının iclasında iştirak edib
- ACF regionlarda cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramının icrasına başlayıb
- “Yuventus” hücumçu transferini açıqladı
- Terim - Jezuş duelində qalib müəyyənləşmədi