“Bu mənim beşinci dünya çempionatım olacaq. Diqqətimi cəmləmişəm və hər şeyin yaxşı olacağına tam əminəm”.
Apasport.az saytının məlumatına görə, bunu Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo deyib.
37 yaşlı superulduz “Louis Vuitton” brendinin reklam kampaniyası ilə şahmat taxtası arxasında qarşılaşdığı Argentina millisinin lideri Lionel Messini yaşıl meydanlarda da üstələmək arzusunda olduğunu vurğulayıb: “Təkcə şahmatda deyil, futbolda da Messini mat edən şəxs olmaq istəyirəm. Bu əla olardı. Dünya çempionatında qalib gəlsəm də, hansımızın daha yaxşı olması ilə bağlı mübahisə davam edəcək. Bəziləri məni bəyənir, bəziləri isə sevmir. Həyatda da bəziləri sarışınları, bəziləri isə qaraşınları sevir”.
Qeyd edək ki, Portuqaliya yığması Qətərdə keçirilən dünya çempionatının H qrupunda Qana, Uruqvay və Cənubi Koreya ilə mübarizə aparacaq.
- Loran Blan karyerasına Səudiyyə Ərəbistanı klubunda davam edəcək
- I Liqa klubunda ayrılıq
- Ağır atletika üzrə Avropa çempionatından geri çağırılan azərbaycanlı atletlər Ermənistanı tərk etdi - YENİLƏNİB
- İlham Əliyev və Mehriban Əliyeva Bakıdakı "Formula 1"ə baxıb
- İdmanda Dopinq Skandalları. Tarixin Ən Böyük Dopinq Qalmaqalları