
Portuqaliya millisinin məşqçilər heyəti komandanın qarşıdakı Millətlər Liqası oyunları üçün iştirak ərizəsini təqdim edib.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun 39 yaşlı hücumçusu Kriştiano Ronaldo bu matçlar üzün zəng alıb.
Portuqaliya millisi sentyabrda iki oyun keçirəcək. Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Roberto Martinesin yetirmələri Xorvatiya və Polşa komandaları ilə qarşılaşacaq. Qarşılaşmalar müvafiq olaraq sentyabrın 5-də və 8-də baş tutacaq.
Ronaldo 2003-cü ildən milli komandada çıxış edir. O, 212 matçda iştirak edib, 130 qol vurub.
- Qurban Qurbanov: Üç gün sonra "Səbail"lə oyunda nə qədər azarkeş olacağını görəcəyik"
- Cerrard istefaya göndərilir?
- "Formula 1": Beynəlxalq KİV nümayəndələri üçün media tur təşkil edilib
- İvan Brkıç: "Qarabağ"la görüşdə də "quru seriya"nı davam etdirəcəm" - MÜSAHİBƏ
- “Qarabağ”ın matçının hakimləri müəyyənləşdi