
Tarixin ən yaxşı futbolçularından sayılan Lionel Messi ilə Kriştiano Ronaldonun Qətərdə təşkil edilən dünya çempionatı öncəsi birgə paylaşımı ilə bağlı təfərrüatlar ortaya çıxıb.
Apasport.az saytının məlumatına görə, superulduzların çəkilən fotodan nə qədər qazandığı bəlli olub.
Bir moda markasının sponsorluğu ilə çəkilmiş rəsmin amerikalı fotoqraf Annie Leibovitzə 4,3 milyon dollara başa gəldiyi bildirilib. Şəkili eyni anda sosial media hesablarında paylaşan cütlükdən Ronaldo 2,4 milyon, Messi isə 1,7 milyon dollar alıb.
Qeyd edək ki, Messi ilə Ronaldonun şəkilləri ayrı-ayrı vaxtlarda çəkilib və daha sonra montaj edilib.
- Qurban Qurbanov: "Belə qollar nadir hallarda vurulur" - MÜSAHİBƏ
- Azər Bağırov: “İlk 20 dəqiqə müdafiədə zəif oynadıq” - MÜSAHİBƏ
- “Fənərbaxça” “Liverpul”un hücumçusunu istəyir
- Əfran İsmayılov: “Onun Azərbaycan millisinə heç bir faydası yoxdur” - MÜSAHİBƏ
- AFFA Yüksək Qızlar Liqasında mövsümə yekun vurulub