“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun bu yay klubda qalması gözlənilir.
Apasport.az saytının məlumatına görə, buna səbəb 37 yaşlı superulduzun indiyə qədər Çempionlar Liqasında iştirak edən klublardan heç birindən təklif almamasıdır.
Transfer pəncərəsi dönəmində “mankunianlılar” Ronaldonun keçidi üçün yalnız bir rəsmi təklif alıb – “Əl-Hilal”dan. Ancaq portuqaliyalının planlarında Səudiyyə Ərəbistanına yollanmaq yoxdur. Bu üzdən o, “Əl-Hilal”a rədd cavabı verib. “Qırmızı şeytanlar” Ronaldonun heyətdə qalaraq Avropa Liqasında oynayacağına inamını artırıb.
Qeyd edək ki, Kriştiano Ronaldo bu mövsüm Premyer Liqada keçirdiyi 4 oyunda fərqlənməyib.
- “Zirə” əvvəlcə Bakıda, sonra Türkiyədə hazırlaşacaq
- Taekvondoçularımız dünya çempionatına hazırlıqlarını başa vurublar - FOTO
- Malta millisinin üzvü: “Kəpəz” Premyer Liqada öz yerini qoruyub-saxlayacaq"
- Azərbaycan taekvondo milliləri Cənubi Koreyada
- Millimiz Olimpiya Təsnifat turnirində yarımfinala vəsiqə qazanıb