“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo “Yuventus”a qayıda bilər.
Apasport.az saytının məlumatına görə, Portuqaliya millisinin kapitanı özü bu keçiddə maraqlıdır.
37 yaşlı forvardın meneceri Xorxe Mendeş A seriyası təmsilçisinin rəhbərliyinə zəng vuraraq, Ronaldonu onlara təklif edib. Mendeş italyanlara Kriştianonun “qoca sinyora”nı tərk etdiyinə görə peşmanlıq yaşadığını və Çempionlar Liqasında oynamaq üçün geri qayıtmaq arzusunda olduğunu izah edib. Futbolçu hətta maaşında endirimə də hazırdır.
Qeyd edək ki, Kriştiano Ronaldo 2018-2021-ci illərdə “Yuventus”un formasını geyinib. Superulduz ötən ilin yayında oradan “Mançester Yunayted”ə keçib.
- Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
- Azərbaycan 2026-cı ildə dünya çempionatına ev sahibliyi edəcək
- Rəvan Həmzəzadə Əvəzedicilər Liqasına göndərildi - RƏSMİ
- “Yuventus”un üzvü İngiltərə yolunda
- Avarçəkmə üzrə “Prezident Kuboku-2024”də 20-dən çox ölkə yarışacaq - VİDEO