Ronaldodan 243 dəqiqəlik həsrət
27.07.2023 - 17:31
Kriştiano Ronaldo “Əl-Nəsr”in Avropa klubları ilə yoxlama oyunlarında qol həsrəti yaşayır.
Apasport.az saytının məlumatına görə, portuqaliyalı ulduz “İnter”lə bugünkü matçda da fərqlənə bilməyib.
38 yaşlı forvard bu qarşılaşmaya qədər PSJ (0:0), “Benfika” (1:4) və “Selta” ilə görüşlərdə də meydanı qolsuz tərk edib. Ronaldo bu oyunlarda ümumilikdə 243 dəqiqə şans qazanıb.
Qeyd edək ki, “Əl-Nəsr” “İnter”lə qarşılaşmada heç-heçəyə nail olub – 1:1.
- İsveç millisi Azərbaycanla oyuna qara sarğıyla çıxacaq
- Minifutbol turniri: APA və “Baku TV” qələbə qazanıb - FOTO
- Aslan Kərimov: “Qarabağ” "Gent"lə oyunlara Musa ilə çıxıb, qalib də gələ bilər” - MÜSAHİBƏ
- Super Liqa: “Kayserispor” 3 xalı 3 qolla qazandı
- Gənc taekvondoçular arasında Azərbaycan Kubokuna start verilib
0
0