Ronaldodan ilk oyun paylaşımı - “Bu iş hələ bitməyib”
18.06.2026 - 01:19
Ronaldodan ilk oyun paylaşımı - “Bu iş hələ bitməyib”

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo DÇ-2026-nın qrup mərhələsinin ilk turunda DR Konqo ilə oyundan sonra paylaşım edib.

Apasport.az xəbər verir ki, 41 yaşlı hücumçu "X" hesabında nəticəni belə şərh edib:

“İstədiyimiz başlanğıc olmadı, amma bu iş hələ bitməyib. Başımızı dik tuturuq və növbəti oyuna fokuslanırıq”.

Qeyd edək ki, Portuqaliya K qrupunun ilk turunda DR Konqo ilə 1:1 hesablı heç-heçə edib. Ronaldo oyuna start heyətində başlayıb, lakin qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

Portuqaliya qrupda növbəti matçlarını Özbəkistan və Kolumbiyaya qarşı keçirəcək.