Ronaldonun qol həsrəti “7”yə çatdı
05.09.2022 - 13:32
Kriştiano Ronaldonun qol həsrəti davam edir.
Apasport.az saytının məlumatına görə, portuqaliyalı hücumçu “Mançester Yunayted”in heyətində son 7 çempionat matçında qol vurmayıb.
Ötən mövsümün sonlarında başlayan seriya Ronaldonun son 14 ildəki antirekordudur. O, sonuncu dəfə 2008/09 mövsümündə belə uğursuzluq yaşayıb.
Kriştiano 14 il öncə ardıcıl 9 çempionat matçında fərqlənə bilməyib. Hücumçu həmin vaxt da “Mançester Yunayted” forması geyinirdi.
Qeyd edək ki, 37 yaşlı veteran seriya müddətindəki 7 oyunun yalnız ikisində start heyətində yer alıb.
- Elmar Baxşıyev: “Komandamın göstərdiyi oyundan narazı qalmadım”
- "Real Madrid" hakimi şikayət etdi
- Nuqzar Kvirtiya: “Premyer Liqamızın iki iddialı klubu ilə danışıqlar aparıram” - MÜSAHİBƏ
- “Yuventus” Ronaldonun tələbindən təəccüblənib
- "Şamaxı"nın baş məşqçi namizədləri arasında 3 yerli mütəxəssis var
0
0