Ronaldoya yaraşmayan hərəkət - Araşdırma başladı - VİDEO
26.02.2024 - 22:44
Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo cəzalandırıla bilər.
Apasport.az xəbər verir ki, ulduz futbolçu Səudiyyə Ərəbistanı çempionatının XXI turunun "Əl-Şabab"la səfər matçında (3:2) etdiyi hərəkətə görə cəza ala bilər.
Belə ki, 39 yaşlı forvard yerli azarkeşlərin "Messi" şüarlarından sonra tribunalara qarşı qeyri-etik jest edib.
Səudiyyə Ərəbistanı Futbol Federasiyası ulduz futbolçu haqda araşdırma başladıb.
Qeyd edək ki, Kriştiano Ronaldo bu mövsüm "Əl-Nəsr"in heyətində meydana çıxdığı 29 rəsmi matçda 28 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Əl-Nəsr” “Barselona”nın kapitanını istəyir - 13 milyon avro maaş
- Rəşad Eyyubov: “Belə təməllə gələcəyə pozitiv baxa bilərik”
- Super Liqa: “Fənər” 3 xalı 3 qolla qazandı
- Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimi keçirilib
- “Neftçi” yenə qalib gələ bilmədi - YENİLƏNİB
0
0