Roys xərəkdə aparıldı
17.09.2022 - 19:14
Dortmund “Borussiya”sı itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Marko Roys zədələnib.
O, Bundesliqanın bugünkü qarşılaşmasında xəsarət alıb. Roys “Şalke” ilə qarşılaşmanın gedişində zədə alıb.
Marko ilk yarıda rəqib oyunçu Florian Fliklə toqquşub. Ayağa qalxa bilməyən yarımmüdafiəçi xərəklə meydandan çıxarılıb. Bu zaman futbolçu göz yaşını saxlaya bilməyərək ağlayıb.
Qeyd edək ki, karyerası boyu zədə səbəbindən bir sıra vacib oyunları buraxan Marko Almaniya millisinin çempion olduğu DÇ-2014-dən də kənar qalıb.
- Luka Modriç Kimdir? Xorvatiyanın Futbol Dahisi
- Premyer Liqa: "Araz-Naxçıvan" "Şamaxı"nı məğlub etdi - YENİLƏNİB
- Semir Bukviç: "Jelezniçar” üçün “Neftçi” ilə qarşılaşma çox çətin olacaq" - MÜSAHİBƏ
- Regekampf: “Ona görə üzülürəm”
- AAAF: "İrəvanda Avropa çempionatında iştirak üçün zəmanət istəmişik" - YENİLƏNİB
0
0