Hazırda karyerasını İspaniya La Liqası təmsilçilərindən "Vilyarreal"da davam etdirən sabiq "Arsenal"lı Nikolas Pepe yenidən İngiltərəyə qayıda bilər.
Apasport.az xəbər verir ki, müqaviləsi yayda başa çatacaq 29 yaşlı futbolçu ilə "Everton" və "Vulverhempton" maraqlanır.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
İddialara görə, hər iki komanda oyunçunu yayda heyətinə qatmağa çalışacaq.
Qryd edək ki, Pepe bu mövsüm "Vilyareal"ın heyətində meydana çıxdığı 23 rəsmi matçda 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Hücumçu daha əvvəl "Lill", "Nitsa", "Arsenal" və "Trabzonspor" kimi komandaların şərəfini qoruyub.
- UEFA-nın dəstəyi ilə Bakıda futbol festivalı keçirilib
- Rəşad Sadıqov: "Üçüncü qol oyunun sonu idi"
- Azərbaycan cüdoçuları Almaniyada təlim-məşq toplanışlarına qatılıblar
- Dünya çempionu: “Ümid edirəm, Parisdə də yaxşı nəticələr əldə edəcəyik”
- Türkiyəli mütəxəssis Bakıda kamandan oxatma hakimliyi üzrə təlimlər keçib - FOTO