Sabiq "Arsenal"lı Səudiyyə Ərəbistanı yolunda
                    
                    02.10.2025 - 15:08
                        
                    
                    "Arsenal"dan ayrılan Yaponiya millisinin futbolçusu Takehiro Tomiyasu karyerasını Səudiyyə Ərəbistanınında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 26 yaşlı müdafiəçi “Əl-Qadsiya” ilə müqavilə imzalamağa çox yaxındır.
Bu barədə “The Mirror” məlumat yayıb.
Yapon futbolçunun yaxın günlərdə tibbi müayinədən keçməsi gözlənilir.
Qeyd edək ki, Tomiyasu indiyədək “Avispa Fukuoka”, “Sent-Trüden” və “Bolonya” kimi klublarda da çıxış edib.
                                
                                0
                                
                                0