Sabiq “Barsa”lı karyerasını başa vuracaq
19.05.2025 - 21:28
"Hayduk"un futbolçusu İvan Rakitiç peşəkar karyerasını başa vuracaq.
Apasport.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi Split təmsilçisinin heyətində son ev oynuna Xorvatiya çempionatının XXXV turunun "Riyeka" ilə matçında (2:1) çıxıb.
Xorvatiyalı oyunçu həftəsonu "Şebenik" qarşısında isə karyerasının son oyununu keçirəcək.
Xorvatiya millisinin sabiq üzvü bundan sonra peşəkar karyerasını başa vuracaq.
Qeyd edək ki, İvan Rakitiç "Bazel"in yetirməsidir. Təcrübəli futbolçu karyerası ərzində "Şalke", "Sevilya", "Barselona" və "Əl-Şəbab"da çıxış edib.
- Çempionlar Liqası: Həftənin ən yaxşı qoluna namizədlər müəyyənləşib
- İkili standart və ya Nurlan İbrahimov yeni cığır axtarışında - VİDEO
- Canni de Byazi: "Azərbaycan üçün tarixi nəticədir"
- Jozef Blatter və Mişel Platiniyə korrupsiya işi üzrə bəraət verildi
- “Napoli”nin hücumçusu agentini məhkəməyə verdi
0
0