Sabiq “Fənər”li addım-addım “Fiorentina”ya
16.06.2025 - 20:25

"Fənərbaxça"dan ayrılan Edin Dzekonun yeni komandası bəlli olub.
Apasport.az xəbər verir ki, bosniya və hersoqovinalı futbolçu karyerasını "Fiorentina"da davam etdirəcək.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
39 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanacaq. O, Florensiya klubunda illik 2 milyon avro qazanacaq.
Qeyd edək ki, Edin İtaliyada əvvəllər "Roma" və "İnter" kimi komandaların da şərəfini qoruyub.
- Siyasət Əsgərov: "Komandanın hər bir üzvünə təşəkkür edirəm"
- “Lex”in baş məşqçisi: “Bizi Bakıda ağır döyüş gözləyir”
- Branimir Subaşiç: "Azərbaycan millisində perspektivli oyunçular çoxdur" - Müsahibə
- Edvin Kuç: “Futbolda bəzən gözlənilməz nəticələr də olur”
- Emin Mahmudov: “Qələbə qazanmaq istəyirik”
0
0