Super Liqa təmsilçilərindən "Qalatasaray"da 14 illik Fernando Muslera dövrü başa çatmaq üzrədir.
Apasport.az "Sözcü"yə istinadla xəbər verir ki, “Qalatasaray” ara transfer dövründə Altay Bayındırı transfer haqqı ilə heyətinə qatmaq üçün “Mançester Yunayted”lə danışıqlara başlayıb.
Xəbərdə Altay Bayındırın İngiltərə nəhəngində əvəzedici olmaqdan bezdiyi, matçlarda aktiv çıxış etmək istədiyi və Super Liqaya qayıtmaq arzusunda olduğu bildirilib.
Qolkiperin transferi "Fənərbaxça"nı yaxından maraqlandırır.
Belə ki, "Fənərbaxça" Türkiyə millisinin qapıçısının növbəti satışından 20% pay alacaq. Bundan başqa, Bayındırın transfer qiyməti 10 milyon avronu keçərsə, "sarı-göylülər"in 1 milyon avro əlavə pay alacaq.
Altay 4 il forma geyindiyi "Fənərbaxça" ilə 145 oyun keçirib. O, 2023-cü ilin sentyabr ayında "Mançester Yunayted"ə transfer olunub. 26 yaşlı qolkiper bu müddət ərzində yeni komandası ilə cəmi 3 matça çıxıb.
- FIDE reytinqi: Şəhriyar Məmmədyarov 2, Ülviyyə Fətəliyeva 23 pillə irəliləyib
- "Fənər" Edersona təklif göndərdi, "Qalatasaray" azarkeşləri Dursun Özbeki istefaya səslədi
- “Qarabağ”ın rəqibində ayrılıq
- “Zirə” “Lokomotiv”in futbolçusu ilə razılığa gəldi
- “Zirə”, “Sabah” və “Sumqayıt” avrokuboklarda - YENİLƏNİB