Sabiq “Qalatasaray”lı “Beşiktaş”ın radarında
21.09.2025 - 20:18
Mərakeş millisi və "Qalatasaray"ın sabiq üzvü Hakim Ziyeş karyerasını yenidən Türkiyədə davam etdirə bilər.
Apasport.az “Marca”ya istinadən xəbər verir ki, İspaniya klublarının da diqqət mərkəzində olan futbolçu “Beşiktaş”ın transfer siyahısındadır.
Hazırda klubsuz olan 32 yaşlı vinger Türkiyəyə qayıtmaq məsələsini gözdən keçirir.
Lakin o, qəti qərarını verməyib. “Herenven”, “Tvente”, “Ayaks”, “Çelsi”, “Qalatasaray” klublarında oynamış Ziyeşin son komandası Qətərin “Əl-Duhail” klubu olub.
- Rumıniyanın baş məşqçisi: "Azərbaycan çox yaxşı oynadı"
- A Seriyası: “Yuventus” “Milan”ı məğlub etdi
- "Neftçi"nin gələcəyi hesab edilən Lorenzo “Sampdoriya”da - Müsahibə
- "Liverpul" yeni mövsüm üçün alternativ formasını təqdim edib - FOTO
- Azər Bağırov: "Çox şey haqda danışmaq olar, amma bu gün susmaq lazımdır"
0
0