
Afrika millisinin baş məşqçi postu "Real Madrid"in sabiq hücumçusu Emmanuel Adebayora təklif edilib.
Apasport.az xəbər verir ki, bu barədə "Mail Sport" məlumat yayıb.
Mənbənin məlumatına görə, 39 yaşlı veteran futbolçu Toqo millisinə rəhbərlik edə bilərdi, lakin o, bu təklifdən imtina edib.
Qeyd edək ki, Adebayorun gələcək karyerası ilə bağlı başqa planları da var.
Xatırladaq ki, Adebayor əvvəllər “Monako”, “Mançester Siti”, “Real Madrid”, “Tottenhem”, “Kristal Pelas” və bir çox digər komandalarda çıxış edib. Toqolu futbolçunun karyerasında son klubu ötən ilin martında ayrıldığı yerli “Semassie” olub.
- Vasili Berezutski: “Bilmək olmaz Premyer Liqanın intensivliyinə dözər, ya yox”
- Gimnastlarımız Bakıdakı Dünya Kubokunu 1 qızıl medalla başa vurublar
- Aslan Kərimov: “Avroliqa bitəndən sonra "Qarabağ"ın qarşısını almaq çətin olacaq” - Müsahibə
- NTD-nin basketbolçusu: “Abşeron”a qarşı oyunlar əsl döyüşə çevriləcək"
- NBA: Alperen Şengünün komandasından qələbə