Sabiq “Trabzonspor”lu “Rizespor”da – Rəsmi
10.02.2025 - 19:28

Türkiyə Super Liqası təmsilçilərindən “Rizəspor” heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda “Hull Siti” forması geyinən Abdülkadir Ömürü transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi mövsümün qalan hissəsini icarə əsasında Super Liqa təmsilçisinin heyətində keçirəcək.
Futbolçu yeni klubunda 7 nömrəli forma altında çıxış edəcək.
Qeyd edək ki, Abdülkadir “Trabzonspor”un yetirməsi olub. Türkiyə millisinin üzvü 2024-cü ildə 2,5 milyon avro qarşılığında “Hull Siti”yə transfer edilmişdi.
- Estoniya millisinin baş məşqçisi: "Azərbaycan millisi başqa qrupda olsaydı, fərqli nəticə ola bilərdi"
- I Liqa matçında ilk dəfə VAR sistemindən istifadə ediləcək
- Qurban Qurbanov: “Hazırlığın vacib olan ikinci mərhələsindəyik“
- Ağcabədidə bədii gimnastika üzrə yeni bölmə fəaliyyətə başlayıb
- Ülviyyə Fətəliyevaya mahnı həsr edilib
0
0