Aziz Yıldırımın dönəmində "Fənərbaxça"nın vitse-prezidenti olmuş Mahmut Uslu "sarı-lacivərdli"lərin "Kayserispor"la 3:3 hesablı heç-heçə etdiyi oyundan sonra Ali Koçu istefaya çağırıb.
Apasport.az xəbər verir ki, Uslu "Kale Arkası" yutub kanalına verdiyi açıqlamada Ali Koç və idarə heyətinin dərhal istefa verməli olduqlarını bildirib:
"Heç kim "Fənərbaxça" azarkeşlərini bu qədər incidə bilməz. Bir klubu hisslərlə idarə etmək olmaz. Klubun ruhunu məhv ediblər. "Fənərbaxça" rəhbərliyi və prezidenti dərhal istefa verməlidir".
Qeyd edək ki, "Fənərbaxça" son dəqiqələrdə qələbəni əldən verərək lider "Qalatasaray"la xal fərqini 5-ə çatdırıb.
- Rəşad Sadiqov: “Ən güclü milli hazırkı deyil, millinin vaxtları olub” - Müsahibə
- Yuri Matias: "Neftçi" üçüncü pillədə olmağa layiq komanda deyil”
- "Neftçi" "Şamaxı" ilə görüşə itkilərlə çıxacaq
- Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib - FOTO
- “Zirə”dən səfər qələbəsi - YENİLƏNİB