Saka məşqləri bərpa etdi
27.03.2025 - 23:32

"Arsenal"ın futbolçusu Bukayo Saka zədəsini sağaldıb.
Apasport.az xəbər verir ki, o, uzun müddətdən sonra məşqlərə start verib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Topçular" sosial şəbəkə hesabında Sakanın məşqdən fotosunu paylaşıb.
Xatırladaq ki, ingiltərəli yarımmüdafiəçi ötən ilin dekabr ayında əməliyyat olunub.
Qeyd edək ki, Saka bu mövsüm "topçular"ın heyətində Premyer Liqada 16 matçda iştirak edib, 5 qol vurub və 10 məhsuldar ötürmə verib.
0
0