Salah Runinin tarixi rekorduna çatıb
06.05.2024 - 13:58
"Liverpul"un hücumçusu Məhəmməd Salah Londonun "Vest Hem" klubu ilə İngiltərə çempionatının son oyununda qol vurub və məhsuldar ötürmə edib.
Apasport.az xəbər verir ki, Premyer Liqanın cari mövsümündə misirli futbolçu 18 qol vurub və 10 məhsuldar ötürmə edib. Salah İngiltərə çempionatı tarixində 5 fərqli mövsümdə 10-dan çox qol və məhsuldar ötürmə edən ikinci oyunçu olub.
Əvvəllər bu nailiyyətə yalnız “Mançester Yunayted”in və “Everton”un sabiq hücumçusu Ueyn Runi nail olub.
Xatırladaq ki, Salah 2017-ci ildən "Liverpul"da çıxış edir.
- Rail Məlikov: “De Byazinin yerinə xarici məşqçi gətirəcəyiksə, elə özü qalsa yaxşıdır” - Müsahibə
- Avarçəkənlərimiz “MİNGƏÇEVİR REQATASI-2023”də daha 12 medal qazandı
- Millimizin baş məşqçisi: “Hazırda güləşlə məşğul olan qızların sayı çoxdur”
- “Real” müdafiəçisini icarəyə verdi
- Elmar Baxşıyev: "Problem məndədir"
0
0