Salahla Mahrez DÇ-2022-də
19.10.2022 - 10:56
Misir millisinin futbolçusu Məhəmməd Salah və Əlcəzair yığmasının vingeri Riyad Mahrez yeni ampluada özlərini sınayacaq.
Apasport.az saytının məlumatına görə, komandaları DÇ-2022-yə vəsiqə qazanmayan ulduzlar mundialda televiziya eksperti kimi çalışacaq.
Afrikalılar “beIN Sports”da fəaliyyət göstərəcək. Salahın şərəfini qoruduğu Misir pley-offda Seneqala, Mahrezli Əlcəzair isə Kameruna uduzduğu üçün onlar dünya çempionatında izləyici kimi qalacaq.
Qeyd edək ki, Qətərdəki mundial noyabrın 20-də başlayacaq.
- Qalyardo 8 il çalışdığı klubdan gedir
- Azərbaycanda "Barselona" klubunun akademiyası yaradılacaq
- Marko Veşoviç: “Əlimizdən gələni edəcəyik”
- ACF rəsmiləri cüdoda yeni qaydalarla bağlı təşkil olunmuş seminarda iştirak ediblər
- Qismət Alıyev: "Araz-Naxçıvan" və "Turan Tovuz"un ilk "3-lük"də olması təsadüf deyil"
0
0