"Şalke" və "Fənərbaxça" əfsanələri üz-üzə gəliblər - FOTO
13.04.2025 - 17:17
"Şalke" və "Fənərbaxça" əfsanələri üz-üzə gəliblər  - FOTO

"Fənərbaxça"nın və "Şalke 04"ün keçmiş futbolçuları yaşıl meydanda üz-üzə gəliblər. 

Apasport.az xəbər verir ki, həm Türkiyə, həm də Almaniya futbolunun əfsanələrinin iştirak etdiyi bu xüsusi qarşılaşma futbolsevərlərə unudulmaz anlar yaşadıb.     

Nostalji görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb.

"Fənərbaxça"nın qollarını braziliyalı əfsanəvi futbolçu Marcio Nobre və İlhan Parlak vurub. Əfsanəvi braziliyalı hücumçu Ailton "Şalke 04"ün heyətində dubla imza atıb.

Türkiyə futbolunun əfsanə adları - Recep Biler, Bekir İrtegün, Erol Bulut, Uğur Boral, Mehmet Yozgatlı, Elvir Boliç, Miroslav Stoch, Bülent Uygun, Ceyhun Fersoy, Ali Bilgin, Önder Turacı, Deniz Barış, Kemal Aslan, İlhan Parlak, Serkan Balcı, Erhan Albayrak, Bruno Alves ve Marcio Nobre “Fənərbaxça”nın heyətində çıxış edib. 

"Fənərbaxça"nın texniki heyətində isə keçmiş futbolçular Yılmaz Vural, Bülent Uyğun və Uğur Boral yer alıb.