“Samsunspor” baş məşqçisi Tomas Raysla bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, klubun prezidenti Yüksel Yıldırım sosial media hesabında paylaşdığı açıqlamada alman mütəxəssislə müqavilənin 2 il müddətinə uzadılması ilə bağlı razılığa gəldiklərini bildirib.
Yıldırımın sözlərinə görə, müqavilə qış fasiləsində yenilənəcək:
“Tomas Rays hocamızla müqavilənin 2 il daha uzadılması barədə anlaşmaya vardıq. Qış fasiləsində yeni müqavilə imzalanacaq. Klubumuzun gələcək hədəfləri və yeni transferlər mövzusunda da razıyıq. Hər şeyi addım-addım yoluna qoyacağıq. Hədəflərimizə əmin addımlarla irəliləyəcəyik.”
Qeyd edək ki, "Samsunspor" Super Liqada 25 xalla 6-cı pillədə qərarlaşıb.
- Karateçilərimiz Rusiyada beynəlxalq turnirdə iştirak edəcəklər
- Samet Akaydın "Fənərbaxça"ya qayıdır
- 2022-ci ilin bombardirləri açıqlandı: Kadi Borqes dünya ulduzlarını qabaqlayır
- Ronaldoya istehzalı sataşma: "Əl Nəsr"ə gedəndən 200 penalti vurub”
- Millimiz Avropa çempionatının II seçmə mərhələsində ilk matçına çıxacaq