Sançes “İnter” arzusunda
21.08.2023 - 16:50

Aleksis Sançesin gələcək karyerası ilə bağlı planları bəlli olub.
Apasport.az saytının məlumatına görə, çilili hücumçu “İnter”ə qayıtmağa qərar verib.
35 yaşlı futbolçu istəyini İtaliya klubunun rəhbərliyinə də çatdırıb. Azad agent statusuna malik cənubi amerikalı Milan təmsilçisinə pulsuz başa gələ bilər.
Aleksis 2019-22-ci illərdə “İnter”də forma geyinib. O, çempionluq, kubok və Superkubok qazanıb.
Qeyd edək ki, Aleksis ötən mövsüm “Marsel”də keçirdiyi 44 oyunda 18 qol vurub.
- Transfer pəncərəsində ən çox pul xərcləyən klublar - SİYAHI
- "Turnirin Füzulidə təşkil edilməsinin əhəmiyyəti böyükdür"
- Qusar derbisində “lotereya”: “Qaradağ Lökbatan”ın rəqibi dəqiqləşdi
- Polşalı sabiq qapıçı: "Koxalskiyə adaptasiyası üçün vaxt lazımdır"
- II Liqa: "Şəfa"dan böyükhesablı qələbə, Şəmkirdə hesab açılmadı
0
0